БАКУ/Trend/ - В рамках пятого дня 13-й сессии Всемирного форума городов (WUF13), проходящего в Баку, проходит диалоговая сессия на тему "Жилищный вопрос в центре процессов посткризисного восстановления и реконструкции".
Как сообщает Trend, в ходе мероприятия обсуждаются меры реагирования на кризисы, а также ключевая роль жилья в процессах восстановления и реконструкции городов, пострадавших от конфликтов, последствий изменения климата и стихийных бедствий.
В рамках сессии будет особо подчеркнута важность обеспечения безопасным и доступным жильем в условиях растущего потока вынужденных переселенцев и других уязвимых групп в города.
В центре внимания дискуссий - вопросы того, как правительства, местные общины и частный сектор могут сотрудничать в восстановлении населенных пунктов и кварталов, а также важность защиты прав на жилье, землю и собственность.
В ходе мероприятия на основе опыта вынужденного переселения, вызванного конфликтами, и посткризисного восстановления будут рассмотрены практические подходы к поддержке потенциала самовосстановления людей, безопасному возвращению или переселению, а также продвижению устойчивой и инклюзивной городской реконструкции.
По итогам сессии ожидается призыв к созданию новой платформы сотрудничества, которая ставит в приоритет восстановление жилых домов и кварталов, а также масштабируемые решения проблемы вынужденного переселения, обеспечивая при этом активное участие общин.
Отметим, что сегодня в Баку проходит пятый день WUF13.
В первый день форума состоялись встреча министров, посвященная Новой программе развития городов, министерский круглый стол, ассамблеи женщин и гражданского общества, бизнес-сессии и дискуссии по вопросам городского благополучия. В рамках форума также прошла церемония поднятия флагов ООН и Азербайджана.
Второй день форума ознаменовался впервые организованным Саммитом лидеров. В этот день состоялись дискуссии высокого уровня, посвященные глобальному жилищному кризису, урбанизационной политике и устойчивости городов. Также в рамках WUF13 состоялось открытие павильона города Мехико, который был представлен как важная платформа для расширения сотрудничества с латиноамериканским регионом и подготовки к WUF14.
Третий день WUF13 также запомнился обширной программой мероприятий. В этот день прошли обсуждения по таким темам, как глобальный жилищный кризис, формирование безопасных и инклюзивных городов, климатическая устойчивость, искусственный интеллект и городское управление, «зеленая» урбанизация, социальное равенство и устойчивый транспорт.
Одним из наиболее ярких событий третьего дня стало подписание меморандума о побратимстве между азербайджанским городом Шуша и турецким городом Трабзон.
Четвертый день WUF13 был отмечен обширной программой мероприятий, посвященных темам урбанизации, изменения климата, инклюзивного городского развития, жилищной политики и устойчивого управления.
Одним из важных событий Форума городов Специальной программы ООН для экономик Центральной Азии (СПЕКА), состоявшегося в четвертый день, стало объявление об официальном присоединении Алматы к «Декларации о намерениях по созданию Форума «Умные города, устойчивые к изменению климата» СПЕКА.
Также впервые в истории WUF по инициативе Азербайджана состоялся «Форум НПО WUF13: Глобальное партнерство и принятие решений» (WUF13 NGO Forum).
Форум WUF13, для участия в котором зарегистрировались более 40 тысяч участников из 182 стран, продлится до 22 мая. Мероприятие, посвященное теме «Жилье для всех: безопасные и устойчивые города и населенные пункты», объединяет правительства, международные организации, экспертов и представителей гражданского общества, служа укреплению глобального сотрудничества в области устойчивого городского развития.
Новость обновляется.
WUF13 çərçivəsində böhranlardan sonrakı bərpa və yenidənqurmada mənzil məsələsi müzakirə olunur
Bakı. Trend:
Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) beşinci günü çərçivəsində "Böhranlardan sonrakı bərpa və yenidənqurma proseslərinin mərkəzində mənzil məsələsi" mövzusunda dialoq sessiyası keçirilir.
Trend xəbər verir ki, tədbirdə münaqişələr, iqlim dəyişikliklərinin təsirləri və təbii fəlakətlərdən zərər çəkmiş şəhərlərdə böhrana cavab tədbirləri, bərpa və yenidənqurma proseslərində mənzilin əsas rolu müzakirə olunur.
Sessiya zamanı məcburi köçkünlərin və digər həssas qrupların şəhərlərə axınının artdığı şəraitdə təhlükəsiz və əlçatan mənzil təminatının əhəmiyyətinin xüsusi qeyd ediləcəyi bildirilir.
Müzakirələrdə hökumətlərin, yerli icmaların və özəl sektorun yaşayış məntəqələrinin və məhəllələrin yenidən qurulmasında necə əməkdaşlıq edə biləcəyi, eləcə də mənzil, torpaq və mülkiyyət hüquqlarının qorunmasının vacibliyi diqqət mərkəzində saxlanılır.
Tədbirdə münaqişələr nəticəsində yaranan məcburi köçkünlük və fəlakətlərdən sonrakı bərpa təcrübələri əsasında insanların özünəbərpa imkanlarının dəstəklənməsi, təhlükəsiz geri dönüş və ya yenidən məskunlaşma, eləcə də dayanıqlı və inklüziv şəhər yenidənqurmasının təşviqi istiqamətində praktik yanaşmalar nəzərdən keçiriləcək.
Sessiyanın yekununda yaşayış evlərinin və məhəllələrin bərpasını, habelə məcburi köçkünlük probleminin miqyaslana bilən həll yollarını prioritetə çevirən, icmaların fəal iştirakını təmin edən yeni əməkdaşlıq platformasının yaradılmasına çağırışın edilməsi gözlənilir.
Qeyd edək ki, bu gün Bakıda BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Azərbaycan hökumətinin birgə təşkilatçılığı ilə keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) beşinci günü keçirilir.
Forumun bugünkü proqramı mənzil siyasəti, şəhərlərin böhranlardan sonrakı bərpası, maliyyələşdirmə mexanizmləri, urbanizasiya, gənclərin şəhər inkişafında iştirakı, dayanıqlı turizm və vətəndaş cəmiyyətinin rolu kimi mövzulara həsr olunub.
Beşinci gün çərçivəsində "Böhranların bərpası və yenidənqurulmasının mərkəzində mənzil", "Mənzil maliyyələşdirilməsi üçün yeni razılaşma", "Akademiya", "Uşaqlar və gənclər", "Kiçik ada inkişaf etməkdə olan dövlətlərdə inklüziv şəhər dayanıqlılığı, mavi iqtisadiyyat və dayanıqlı turizm", "Afrika Əlçatan Mənzil Kompaktı – İnvestorlar üçün xüsusi sessiya", "Peşəkarlar", "Vətəndaş cəmiyyəti" və yekun sessiya üzrə dialoqlar, dəyirmi masalar və xüsusi sessiyalar keçiriləcək.
Sessiyalarda mənzilə çıxış imkanlarının genişləndirilməsi, şəhərlərin böhran və münaqişələrdən sonra bərpası, dayanıqlı maliyyə alətlərinin tətbiqi, gənclərin qərarqəbuletmə proseslərinə cəlb olunması, həmçinin iqlim dəyişikliyi şəraitində şəhərlərin dayanıqlığının artırılması məsələləri müzakirə ediləcək.
WUF13-ün dördüncü günü urbanizasiya, iqlim dəyişiklikləri, inklüziv şəhər inkişafı, mənzil siyasəti və dayanıqlı idarəetmə mövzularına həsr olunmuş geniş tədbirlər proqramı ilə yadda qalıb. Həmin gün "Qeyri-rəsmi yaşayış məntəqələrinin və gecəqonduların transformasiyası", "İqlim və mənzil əlaqəsi", "Şəhərlərdən səslər: SPECA Şəhərlər Forumu", "Azərbaycanın mənzil təcrübəsi", "Şəhərlər oyun meydanı kimi", "Mədəni irsin yenidən düşünülməsi və inklüziv şəhər regenerasiyası", "Təmiz hava", "Əlilliyi olan şəxslər", "Parlamentarilər", "Tullantıların idarə olunmasının dairəvi iqtisadiyyata uyğun inkişafı" və "Şəhər iqlim irsinin inkişafı" mövzularında sessiyalar təşkil olunub.
Dördüncü gün çərçivəsində keçirilən BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı (SPECA) Şəhərlər Forumunda mühüm hadisələrdən biri də Almatı şəhərinin "SPECA İqlimə Dayanıqlı Ağıllı Şəhərlər Forumunun yaradılması ilə bağlı Niyyət Bəyannaməsi"nə rəsmi şəkildə qoşulmasının elan edilməsi olub. Bu addım SPECA regionunda iqlimə davamlı və innovativ şəhər inkişafı sahəsində əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyətli hadisə kimi qiymətləndirilib.
Forumun üçüncü günü qlobal mənzil böhranı, təhlükəsiz və inklüziv şəhərlərin formalaşdırılması, iqlim dayanıqlılığı, süni intellekt və şəhər idarəçiliyi, "yaşıl" urbanizasiya, sosial bərabərlik və dayanıqlı nəqliyyat mövzularında müzakirələrlə yadda qalıb. Həmin gün Azərbaycanın Şuşa şəhəri ilə Türkiyənin Trabzon şəhəri arasında qardaşlaşma haqqında memorandum imzalanıb. Sənədi Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov və Trabzon Böyükşəhər Bələdiyyəsinin sədri Ahmet Metin Genç imzalayıblar.
Forumun ilk iki günündə isə Yeni Şəhər Gündəliyinə həsr olunmuş nazirlər toplantısı, Liderlər Sammiti, qadınlar və vətəndaş cəmiyyəti assambleyaları, biznes sessiyaları, şəhər rifahı və qlobal mənzil böhranı ilə bağlı yüksək səviyyəli müzakirələr keçirilib. Eyni zamanda, WUF13 çərçivəsində Mexiko şəhərinin pavilyonunun açılışı baş tutub və bu platforma Latın Amerikası regionu ilə əməkdaşlığın genişləndirilməsi və növbəti forumlara hazırlıq baxımından mühüm addım kimi dəyərləndirilib.
182 ölkədən 40 mindən artıq iştirakçının qeydiyyatdan keçdiyi WUF13 mayın 22-dək davam edəcək. "Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məntəqələri" mövzusuna həsr olunmuş forum hökumətləri, beynəlxalq təşkilatları, ekspertləri və vətəndaş cəmiyyəti nümayəndələrini bir araya gətirərək dayanıqlı şəhər inkişafı sahəsində qlobal əməkdaşlığın gücləndirilməsinə xidmət edir.
Xəbər yenilənəcək
